Xəbərlər
Bakı Ali Neft Məktəbinin müəllimləri İsveçdə olublar
Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyeva və müəllimi Elvin Abaszadə İsveçin Stokholm şəhərində ezamiyyətdə olublar.
Ezamiyyənin məqsədi BANM-in Stokholm Universiteti ilə “Dayanıqlı Kibertəhlükəsizlik şəbəkəsinin yaradılması” adlı layihə çərçivəsində əldə olunmuş nailiyyətlərin, həmçinin tərəfdaşlar arasında digər potensial əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.