Xəbərlər
Bakı Ali Neft Məktəbində təlim keçirildi
Bakı Ali Neft Məktəbində SOCAR-a məxsus müəssisələrdə maliyyə sahəsi üzrə çalışan taktiki rəhbərlərə Davamlı Peşəkar İnkişaf Proqramı çərçivəsində təlim sessiyası keçirilib.
Təlimin açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, bilik və bacarıqlar daim yenilənməlidir, bu baxımdan təlimlər çox əhəmiyyətlidir. Sonra SOCAR-ın Baş ofisinin İnvestisiya analizi və tranzaksiyalar Departamentinin rəisi Rəşid Məmmədov və Baş ofisin İnsan Resursları Departamentinin rəis müavini Elnur Hüseynov təlimin faydasından danışıblar.
Daha sonra təlimə start verilib. Təlim maliyyə sahəsi üzrə çalışan rəhbərlərin biliklərinin artırılması, faydalı təcrübələrin, son trendlərin və müasir yanaşmaların öyrənilməsinə xidmət edir.