Xəbərlər
Bakı Ali Neft Məktəbində “Tətbiq edilən sənəd növləri və işgüzar yazışmalarla bağlı standartlar haqqında” təlim keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) “Tətbiq edilən sənəd növləri və işgüzar yazışmalarla bağlı standartlar haqqında” mövzusunda təlim keçirilib. Təlim “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a və təsdiq edilmiş yazı standartlarına əsasən təşkil olunub.
Təlim BANM-in İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi Nuranə Cavadova tərəfindən keçirilib.
Sonda müvafiq mövzuda fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.