Xəbərlər
AIESEC Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb
Dünyanın ən böyük tələbə gənclər təşkilatı olan “AIESEC Azərbaycan” Bakı Ali Neft Məktəbində (BANM) məlumatlandırıcı sessiya keçirib. “AIESEC Azərbaycan”nın marketinq meneceri Türkan Şirin təşkilatın tarixi, əsas missiyası, Azərbaycandakı fəaliyyəti və onun mübadilə proqramları ilə bağlı məlumat verib. Eyni zamanda təcrübə proqramlarından biri olan “Global Volunteer”də iştirak edən gənclərdən Nərmin Əliyeva öz təcrübəsini tələbələrlə bölüşüb.
Təşkilatın Lokal komitə üzrə marketinq sədri Aydan Bağırzadə tələbələrin suallarını cavablandırıb. Tədbirin sonunda təşkilatın layihələri ilə maraqlanan tələbələr qeydiyyatdan keçiblər.
Xatırladaq ki, AIESEC gənclərin idarə etdiyi, qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır və gənclərə liderlik inkişafı, mədəniyyətlərarası təcrübə və qlobal könüllülərin təcrübə mübadiləsini təmin edir.