Xəbərlər
“Halliburton” şirkətinin vitse-prezidenti Bakı Ali Neft Məktəbində
Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Greame Taylor və İnsan resursları meneceri Vüsalə Əkbərova Bakı Ali Neft Məktəbində (BANM) olublar.
BANM-in rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu bildirərək buradakı tədris prosesi, tələbə və məzunları, yerli və transmilli şirkətlərlə əməkdaşlıq barədə məlumat verib.
O, Xəzər regionu üzrə vitse-prezidenti yeni təyinatı münasibətilə təbrik edərək bildirib ki, “Halliburton” şirkəti ilə BANM arasında sıx əlaqələr mövcuddur. Rektor qeyd edib ki, BANM tələbələri bu transmilli şirkətdə istehsalat təcrübəsi keçir, bir neçə məzunu müxtəlif vəzifələrdə çalışır.
BANM-in kampusu, laboratoriyaları ilə tanış olub buradakı şəraiti yüksək qiymətləndirən Greame Taylor mövcud əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini vurğulayıb.
Görüşdə əməkdaşlıq imkanları müzakirə olunub, əməkdaşlıq istiqamətləri barədə təkliflər verilib.