Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri “Huawei” şirkətinin beynəlxalq yarışının qalibləridir

Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbələri Aytac Kazımlı və Roman Tolstoşeyev Çinin “Huawei” şirkətinin təşkil etdiyi İKT yarışmasında iştirak ediblər.

Aytac “Networking”, Roman isə “Computing” yarışması üzrə qatılıb və şirkət tərəfindən hədiyyə qazanıblar.

7-ci dəfə keçirilən bu yarışda Azərbaycan tələbələri ilk dəfə iştirak edib. Azərbaycanın müxtəlif universitetlərindən ümumilikdə 11 tələbə qeydiyyatdan keçib, 3 nəfər birinci mərhələni müvəffəqiyyətlə keçərək Milli finalda iştirak edib. Onlardan 2-si BANM tələbəsidir.

#BHOS #BANM #SOCAR #Huawei