Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri “PetroChem” yarışının qalibi olublar

Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyəti (SPE BANM) “PetroChem” adlı yarış keçirib. Yarışın əsas məqsədi ixtisas biliklərini intellektual suallar formatında təqdim etməklə iştirakçıların həm ixtisas, həm də intellektual biliklərinin inkişaf etdirilməsinə kömək olmaq, komanda formasında səmərəli və əyləncəli vaxt keçirmələrinə şərait yaratmaqdır.

Yarışın qalibi Bakı Ali Neft Məktəbinin "e-TEAm" komandası olub. Komanda kapitanı Taliyə Məmmədhəsənzadə, komandanın üzvləri Vaqif Məmmədzadə, Şükran Əlizadə və Anar Əzimovdur.

Yarışa Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Fransız-Azərbaycan Universitetinin tələbələrindən ibarət 12 komanda qatılıb.

Yarışın koordinatorları Malik Sultanov və İlkanə Mehdiyeva, aparıcısı isə Aydın Şirinov olub.