Xəbərlər
Bakı Ali Neft Məktəbi dörd istiqamət üzrə İSO beynəlxalq sertifikatına sahib oldu
Bakı Ali Neft Məktəbi “SGS Azeri LTD” MMC auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsi olaraq İSO-nun dörd istiqaməti üzrə - İSO 9001:2015-Keyfiyyətin idarə edilməsi sistemləri, İSO 14001:2015 – Ətraf mühitin idarə edilməsi sistemləri, İSO 45001:2018 – Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri, İSO 10002:2014 – Keyfiyyətin idarə edilməsi – Müştəri məmnuniyyəti beynəlxalq sertifikatlarına sahib olub.
Bakı Ali Neft Məktəbi Azərbaycan ali təhsil müəssisələri arasında İSO-nun dörd standartını tətbiq edən yeganə ali təhsil ocağıdır.
Sertifikatların təqdimolunma mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Ali Məktəbdə keyfiyyətin təmin olunması, onun qorunması ilə bağlı daim işlər görülür. Rektor SOCAR ailəsinin üzvü olaraq BANM-in də sertifikatlaşma prosesində iştirak etdiyini, sertifikatlaşdırılmaya, təkmilləşməyə hər zaman önəm verildiyini vurğulayıb.
“SGS Azeri LTD” şirkətinin Azərbaycan üzrə rəhbəri Seymur Ağayev auditin uğurla başa çatdığını, BANM-də heç bir kritik uyğunsuzluğun aşkarlanmadığını və bunun yüksək göstərici olduğunu vurğulayıb.
Şirkətin Sertifikatlaşdırma şöbəsinin rəisi Nigar Əliyeva Bakı Ali Neft Məktəbinin bu dörd standartı tətbiq edən yeganə ali təhsil müəssisəsi olduğunu xatırladıb və auditin müsbət audit nəticələrinə görə təbrik edərək uğurlar arzulayıb.