Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbəsi “Gənc sahibkarların və startapçıların yay düşərgəsi”ndə iştirak edib
Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Ramin Əsgərli “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gənc sahibkarların və startapçıların yay düşərgəsi”ndə iştirak edib. Oğuzda həyata keçirilən düşərgə "Youth.inc" sahibkarlıq proqramı çərçivəsində reallaşıb.
Düşərgənin məqsədi gənclərin startaplarla bağlı fikirlərinin öyrənilməsi və mövcud vəziyyətin dəyərləndirilməsinə imkan yaratmaq olub.
Tədbirdə həmçinin startup ideya yarışı keçirilib və BANM-nin tələbəsinin kapitanı olduğu komanda I yerə layiq görülüb. Komanda üzvləri həmçinin düşərgədə uğurla iştirak etdiklərinə görə sertifikatla təltif ediliblər.
Əyləncəli və interaktiv formatda təşkil edilən düşərgə müddətində təlimlər də təşkil olunub.