Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbəsi “Paşa Holding”in təqaüdünə layiq görülüb
Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Elmira Orucova “Paşa Holding”in “Əlaçı” proqramının bir illik təqaüdünə layiq görülüb.
Proqram müddətində şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri, mentorluq və şəbəkələşmə fəaliyyəti kimi bir çox treninqlər və seminarlar həyata keçirilir.
“Əlaçı” proqramına seçilmək üçün əsas tələblər tələbənin yüksək imtahan nəticələrinin olması və dərsdən kənar fəaliyyətlərdə və sosial layihələrdə aktiv iştirak etməsidir.
Proqramının qalibi olmaq üçün 3 mərhələdən uğurla keçmək tələb olunur. Müxtəlif universitetlərdən 2400 tələbə bu proqrama müraciət edib və onlardan yalnız 115 nəfər layihənin qalibi olub.