Xəbərlər
SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Ali Neft Məktəbinin bir qrup əməkdaşını mükafatlandırıb
Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın təşkilatçılığı ilə keçirilən “Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonunda fəal iştirakına görə münsiflərə, mentorlara, könüllülərə və tədbirin təşkilatçılarına təşəkkürnamələr təqdim edilib.
Onlar arasında Bakı Ali Neft Məktəbinin əməkdaşları da var.
Təşkilatçı olaraq fəal iştiraklarına görə mükafatlandırılan BANM əməkdaşları:
Orxan Quliyev - I "Yüksəliş" müsabiqəsinin qalibi, SOCAR-ın Caspian Innovation Center (Xəzər İnnovasiya Mərkəzi) şirkətinin Baş əməliyyat direktoru, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi
Emil Aslanlı - Karyera və Tələbələrlə iş şöbəsinin rəisi
Mentor olaraq göstərdikləri dəstək və səmərəli əməkdaşlığa görə BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının aşağıdakı müəllimləri təltif olunublar:
Ramil Şükürov
Aygül Musayeva
İlkin Balazadə
Nicat Həsənov
Əməkdaşlarımızı təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq !