Xəbərlər

Asiya İnkişaf Bankının rəsmisi Bakı Ali Neft Məktəbində

Asiya İnkişaf Bankının baş iqtisadçısı, İqtisadi tədqiqatlar və regional əməkdaşlıq departamentinin baş direktoru Albert Park Bakı Ali Neft Məktəbində master-klas keçirib.

 “Qlobal iqtisadi qeyri-müəyyənliklər və Asiyada artım və inkişaf perspektivləri” mövzusunda keçirilən master-klasda BANM əməkdaşları, tərəfdaş şirkətlərin nümayəndələri, tədqiqatçılar və tələbələr iştirak ediblər.

Bankın rəsmisi dünyanın və regionun iqtisadi vəziyyəti, iqtisadi risklər, iqtisadi inkişafa təsir edən amillər barədə məlumat verib, Bankın proqnozlarını diqqətə çatdırıb, sualları cavablandırıb.