Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri "Gələcəyin Neftçiləri" olimpiadasının qalibi olublar

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarının tələbələri Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə 20 Sentyabr - "Neftçilər Günü"nə həsr olunmuş "Gələcəyin Neftçiləri" olimpiadasında II və III yerin qalibi olublar.

Vaqif Məmmədzadə, Nicat Əhmədov, Anar Əzimov, Fərid Cəfərlinin təmsil olunduğu E-Team komandası, Xalid Orucov, Orxan Nəsibov, Vüsal Bağırzadə, Səfurə Orucovanın təmsil etdiyi "Go Tigers" komandası 22 komanda arasından seçilərək bu yerlərə layiq görülüblər.

Qaliblərə Azərbaycan Mühəndislər Birliyi tərəfindən sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.

Tələbələrimizi təbrik edirik və uğurlar arzulayırıq!