Xəbərlər

Bakı Ali Neft Məktəbinin 4 ixtisası keçid balına görə ilk beşlikdədir❗️

2022/2023-cü tədris ili üzrə ali təhsil müəssisələri arasında ən yüksək keçid balı qeydə alınan 5 ixtisasın 4-ü Bakı Ali Neft Məktəbinin (BANM) ixtisasıdır.

BANM-in İnformasiya təhlükəsizliyi ixtisası üzrə dövlət sifarişli keçid balı 684,8, Kompüter mühəndisliyi ixtisası üzrə 679,4 bal olub. Bu isə Azərbaycan ali təhsil müəssisələri arasında iki ən yüksək keçid balıdır.

BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları isə ən yüksək keçid balına görə dörd və beşinci sıralardadır. Bu il Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə keçid balı 669,3, Kimya mühəndisliyi üzrə 665,3 bal olub.

Bu tədris ili üzrə BANM-ə qəbul planı da 100 faiz dolub. Ali Məktəbə 140-ı dövlət sifarişli, 140-ı ödənişli əsaslarla olmaqla, ümumilikdə 280 yerlik qəbul planı təsdiqlənib və bütün ixtisaslar üzrə yerlərin hamısı tutulub.

#BANM #BHOS #DİM #keçidbalı #yüksəkbal