Xəbərlər

Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə liderdir

Dövlət İmtahan Mərkəzinin 2022/2023-cü tədris ili üzrə açıqladığı Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbi (BANM) ən yüksək keçid balı göstəricilərinə görə ölkə birincisidir. Belə ki, Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisası üzrə dövlət sifarişli keçid balı 684,8 olub ki, bu da ölkə üzrə ən yüksək keçid balıdır.

İnformasiya təhlükəsizliyi ixtisası üzrə ödənişli əsaslar üzrə keçid balı isə 662,3 bal olub.

Ümumilikdə, BANM-ə I qrupun bütün ixtisasları üzrə keçid balları da ötən illə müqayisədə artıb. Ötən il İnformasiya təhlükəsizliyi ixtisası üzrə keçid balı dövlət sifarişli 682,7, ödənişli isə 646,5 bal təşkil edib.

Kompüter mühəndisliyi ixtisası üzrə dövlət sifarişi əsasında keçid balı ötən il 675,1, ödənişli əsaslarla 570,3 bal olub. Bu il isə bu ixtisas üzrə dövlət sifarişi ilə keçid balı 679,4, ödənişli isə 619,6 bal təşkil edib.

BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının dövlət sifarişi üzrə keçid balı bu il 669,3, ödənişli əsaslarla 603,9 bal olub. Ötən il bu rəqəm müvafiq olaraq 664,9 və 548,7 bal idi.

Kimya mühəndisliyi ixtisasının dövlət sifarişli keçid balı ötən il 655,7, ödənişli əsaslarla 438,4 bal təşkil etdiyi halda, cari qəbul ilində bu rəqəm 665,3 və 577,7 bala yüksəlib.

Keçən il Neft-qaz mühəndisliyi ixtisasında keçid balı dövlət sifarişi əsasında 645,6, ödənişli əsaslarla 407,4 bal idisə, bu il həmin ixtisas üzrə müvafiq olaraq 657,5 və 570,2 bal qeydə alınıb.

BANM-in II ixtisas qrupu üzrə tələbə qəbul etdiyi Biznesin idarə edilməsi ixtisasının dövlət sifarişi üzrə keçid balı 643, ödənişli əsaslarla keçid balı 405,8 bal təşkil edib. Ötən il bu göstərici 669,4 və 403,4 bal olub.

#BANM #BHOS #SOCAR #DİM #abituriyent #tələbə #qəbul #imtahan #keçidbalı