Xəbərlər

Bakı Ali Neft Məktəbinin 9 tələbəsi “Schlumberger” şirkətinin Tələbə yay düşərgəsinə seçilib

Bakı Ali Neft Məktəbinin (BANM) 9 tələbəsi “Schlumberger” şirkətinin təşkil etdiyi Tələbə yay düşərgəsində iştirak edir.

Avqustun 29-da başlayan bir həftəlik düşərgə neft-qaz sənayesində karyerasını qurmaq istəyən tələbələrə “Schlumberger” şirkəti haqqında məlumat əldə etmək imkanı yaradır.

Tələbə yay düşərgəsinə seçilən BANM tələbələrinin 4-ü Kimya mühəndisliyi, 3-ü Neft-qaz mühəndisliyi, 2-si isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alır. Onların hər biri IV kurs tələbəsidir.

Düşərgəyə seçilən tələbələr və təhsil aldıqları ixtisaslar belədir:

1. Tural Abdulov – Kimya mühəndisliyi

2. Cavidan Əliyev –Kimya mühəndisliyi

3. Nübar Həsənova –Kimya mühəndisliyi

4. Ayşən Zülfiyeva –Kimya mühəndisliyi

5. Nailə Daşdəmirli –Proseslərin avtomatlaşdırılması mühəndisliyi

6. Pərvanə Quliyeva –Proseslərin avtomatlaşdırılması mühəndisliyi

7. Emin İsayev – Neft-qaz mühəndisliyi

8. Sürəyya Yusifova –Neft-qaz mühəndisliyi

9. Xalid Orucov –Neft-qaz mühəndisliyi

#BANM #BHOS #SOCAR #schlumberger #yaydüşərgəsi