Xəbərlər

BANM-in 13 tələbəsi “SOCAR Türkiyə”nin təcrübə proqramında iştirak edib

Bakı Ali Neft Məktəbinin (BANM) 13 tələbəsi “SOCAR Türkiyə” şirkətinin “Yay təcrübə proqramı”na seçilib.

Onların 3-ü Proseslərin avtomatlaşdırılması mühəndisliyi, 10-u isə Kimya mühəndisliyi ixtisasının tələbəsidir.

Bir ay davam edən proqram tələbələrə Ali Məktəbdə əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmək, texniki proseslərlə tanış olmaq, bacarıqları, liderlik keyfiyyətlərini inkişaf etdirmək və yeni səriştələr qazanmaq imkanı yaradıb.

#BANM #BHOS #SOCAR #SOCARTürkiye #təcrübəproqramı