Xəbərlər
Fənn olimpiadalarının qalibi və Sumqayıtın birincisi Bakı Ali Neft Məktəbini seçir
Ziya Məlikov Sumqayıt şəhəri üzrə ən yüksək bal toplayan abituriyent və Respublika fənn olimpiadalarının qalibidir.
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirib. 10 və 11-ci siniflərdə Riyaziyyat üzrə Respublika fənn olimpiadasının qalibi olub. Arzusu Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasında təhsil almaq və Prezident təqaüdünə layiq görülmək olduğu üçün qəbul imtahanlarında da iştirak edib. Buraxılış imtahanında 292,3, I qrup üzrə qəbul imtahanında isə maksimal 400 olmaqla ümumilikdə 692,3 bal toplayıb.