Xəbərlər

I qrupun 2-cisi də Bakı Ali Neft Məktəbini seçir

Vəfa Qafarzadə I ixtisas qrupundan Bakı şəhəri üzrə ən yüksək bal toplayan abituriyentdir. O, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 326 nömrəli tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib. Vəfa Qafarzadə buraxılış imtahanında 297.3 bal, I ixtisas qrupu üzrə keçirilən imtahanda isə maksimal - 400 bal toplayıb. 697.3 balla Bakı şəhəri üzrə ən yüksək nəticə əldə edən və I qrup üzrə Respublika 2-cisi olan Vəfa Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmağı arzulayır: “Aşağı siniflərdən müəllimlərim ali təhsilimi Bakı Ali Neft Məktəbində almağı məsləhət görürdülər. Araşdırmalarım da göstərdi ki, yüksək bal toplayanlar bu Ali Məktəbi seçirlər. BANM ingilis dilində yüksək səviyyədə təhsil verən ali məktəbdir. Öz istəyim və müəllimlərimin yönləndirməsi ilə BANM-ə daxil olmağı qarşıma məqsəd qoydum. Məqsədimə nail olmaq üçün hər gün davamlı olaraq çalışırdım və yüksək səylə istədiyim nəticəni əldə etdim”.

#BANM #BHOS #SOCAR #Dim #abituriyent