Xəbərlər

Almetyevsk Dövlət Neft İnstitutunun rektoru Bakı Ali Neft Məktəbində

Rusiya Federasiyası Tatarıstan Respublikası Almetyevsk Dövlət Neft İnstitutunun rektoru Aleksandr Dyakonov Bakı Ali Neft Məktəbində (BANM) olub. Ali Məktəbinin kampusu ilə tanış olan rektor BANM-in Tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanovla görüşüb.

Görüşdə iki ali təhsil ocağı arasında birgə elmi-tədqiqat fəaliyyətləri, tələbə və professor-müəllim heyətinin mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq potensialı olduğu bildirilib. Görüşdə həmçinin birgə əməkdaşlıq üçün müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

#banm #bhos #görüş #SOCAR