Xəbərlər

Bakı Ali Neft Məktəbində tələbələrin debatı keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) “Danışmaq qızıldır” adlı debat turnirinin final oyunu keçirilib. Final oyunu “3 Müşketyor” və “The Scanners” komandaları arasında baş tutub.

Oyundan öncə tələbələrlə görüşən BANM-in rektoru Elmar Qasımov iştirakçılara uğurlar arzulayaraq qeyd edib ki, BANM-in bütün klublarının, həmçinin Debat Klubunun tələbələr arasında belə layihələr həyata keçirməsi təqdirəlayiq haldır. Rektor bu cür oyunların tələbələrin bilikləri ilə yanaşı bacarıqlarının da inkişafında böyük rol oynadığını və onların sosial fəaliyyətinə müsbət təsir etdiyini qeyd edib.

Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin (DVC) sədri Ülviyyə Axundova BANM-də debata böyük önəm verildiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

Maraqlı müzakirələrlə keçirilən final oyununun qalibi BANM-in tələbələri Emil Hüseynli, Nihad Rəcəbli, Firəngiz Süleymanovadan ibarət “The Scanners” komandası olub.

#banm #bhos #SOCAR #debat #tələbə #DVC