Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbəsi AQA Şirkətlər Qrupunun təqaüdünü qazanıb
Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Taliyə Məmmədhəsənzadə AQA Şirkətlər Qrupunun təsis etdiyi “Dəmir təqaüd” adlı təqaüd proqramı çərçivəsində verilən “Dəmir ay” təqaüdünün ilk qalibi olub.
Bu təqaüd proqramı Azərbaycan universitetlərinin III və IV ilində təhsil alan və ya xarici universitetdən qəbul almış Azərbaycan vətəndaşlığına sahib qadınlar üçün nəzərdə tutulub.
BANM ailəsi olaraq tələbəmizi təbrik edir və uğurlar arzulayırıq.