
Xəbərlər
Çingiz Abdullayev BANM-in professoruna kitabını hədiyyə etdi
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanın dünya şöhrətli detektiv yazıçısı, nasir, publisist, hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayevin Ali Məktəbin tələbələri ilə keçirilən görüşündə professor-müəllim heyəti və tələbələrin bir sıra sualları səsləndirilib.
Bakı Ali Neft Məktəbinin "Ali təhsildən sonrakı təhsil (doktorantura)" şöbəsinin rəisi, kimya elmləri doktoru, professor Rəna Mustafayevanın xüsusi maraq doğuran sualını Çingiz Abdullayev məmnuniyyətlə cavablandırıb. Sonda bu suala görə professor Rəna Mustafayevaya öz imzasıyla olan kitabını hədiyyə edib.
Bundan başqa, Çingiz Abdullayev Kimya mühəndisliyi ixtisası üzrə 4-cü kursda təhsil alan Sübhanə Allahverdiyevanın sualını tələbələrin sualları arasında səslənən ən maraqlı sual kimi dəyərləndirərək öz imzasıyla kitabını ona da hədiyyə edib.