Xəbərlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Bakı Ali Neft Məktəbinə təşəkkür edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı Elm Olimpiadasında göstərilən tərəfdaşlığa görə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova təşəkkür məktubu göndərib.

Məktubda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən, ümumi təhsil müəssisələrinin şagirdlərinin təbiət elmlərinə (Fizika, kimya, biologiya) olan marağının daha da artırılması, onların bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə 8-10-cu sinif şagirdləri arasında Bakı Elm Olimpiadasının keçirilməsi və qaliblərin təltif olunmasında Bakı Ali Neft Məktəbinin tərəfdaşlığının təhsil pillələri arasında sağlam münasibətlərin qurulması istiqamətində görülən faydalı iş kimi yüksək dəyərləndirildiyi qeyd edilib.

#BANM #BHOS #BŞTİ #məktub