Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq müsabiqənin qalibi olublar

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Tümen şəhərində keçirilən “Universitet startaplarının döyüşü” beynəlxalq müsabiqəsinin qalibi olublar. BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri Roman Tolstoşeyev və Azər Sadıxzadədən ibarət komandanın “:Chat!” mesaj tətbiqi ideyası "Ən orijinal ideya" nominasiyasında I yerə layiq görülüb.

Onlar Rusiya, Azərbaycan, Çin, Filippin, Qazaxıstan, Ermənistan və digər ölkələrin müxtəlif universitetlərindən olan komandalardan daha üstün olduqlarını nümayiş etdiriblər.

Komandanın kapitan - Roman Tolstoşeyev, elmi məsləhətçiləri BANM-in Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri Nailə Allahverdiyeva, müəllimi Xəyyam Məsiyevdir.

“Universitet startaplarının döyüşü” beynəlxalq müsabiqəsi Tümen Sənaye Universitetində keçirilib.

#BANM #BHOS #müsabiqə #informasiyatəhlükəsizliyi #TyumenIndustrialUniversity