Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri istehsalat təcrübəsindədirlər

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin istehsalat təcrübəsinə gedən tələbələri ilə görüşüb. Tələbələrə tapşırıq və tövsiyələrini verən rektor bildirib ki, vaxtilə onlar kimi bu zalda əyləşənlər bu gün istehsalat müəssisələrində rəhbər və mühüm vəzifələrdə çalışırlar. Elmar Qasımov vurğulayıb ki, istehsalat təcrübəsi ikinci universitetdir. Rektor tələbələrin problemləri ilə maraqlanıb, sonra prorektorlar və kafedra müdirləri tələbələrin suallarını cavablandırıblar.

Ümumilikdə Bakı Ali Neft Məktəbinin Neft – qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisaslarından 526 tələbə istehsalat təcrübəsi keçəcək.

Onlar SOCAR - ın müəssisə və zavodlarında, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elektron hökumətin İnkişafı Mərkəzi, Azərkosmos ASC, Azərsu ASC, Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Unibank, Azərcell MMC, Emerson, Avandsis Group, ATENAU LTD, Sentra QC, Crocusoft MMC, Labrin MMC, “Brendfoni” şirkəti, Caspian İnnovation Center LLC, ATL Tech MMC, Cronhex MMC, AZIn Telecom MMC, Smart İT MMC, Rast Security, Soft Solution MMC, Vocher MMC, B&B Security Aliance, Digital Umbrella MMC kimi yerli və xarici qurum və şirkətlərdə təcrübə keçəcəklər.

#banm #bhos #istehsalattəcrübəsi #SOCAR