Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri "Gələcəyin kimyaçıları" olimpiadasının qalibi olublar

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 2-ci kurs tələbələri Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi "Gələcəyin kimyaçıları" olimpiadasında II yerin qalibi olublar.

BANM - i təmsil edən "Quadruple Bonds" komandası 17 komanda arasından seçilərək bu yerə layiq görülüb.

 Komandanın üzvləri:

1) Nəsirli İlqar (Kapitan)

2) Yusifzadə Cəvahir

3) Həsənli Məzahir

4) Mehdiyeva İlkanə

#banm #bhos #kimyamühəndisliyi #qalib