Xəbərlər
Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdləri Bakı Ali Neft Məktəbində
Xarici Dillər Təmayüllü Gimnaziyanın 10 və 11-ci sinif şagirdləri Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olublar. Gimnaziyanın direktoru Xəyalə Veyisova, direktor müavini Şəhla Rəhmanova, fizika müəllimi Tünzalə Rəsulova və uşaq birliyi rəhbəri Nigar Orucova və məktəbin 20 şagirdi Ali Məktəbin kampusunu ilə yaxından tanış olublar.
Karyera və tələbələrlə iş şöbəsinin əməkdaşı Mənzər Mustafayeva qonaqlara Bakı Ali Neft Məktəbinin kampusu haqqında məlumat verib. Onlar 600 nəfərlik Konqres zalı, Neft Muzeyinin eksponatları, kitabxana, üzgüçülük hovuzu, iki qapalı idman zalı, tələbə yeməkxanası, auditoriyalar, müasir tədris laboratoriyaları, fitnes mərkəzi, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və Tələbə evini gəziblər.
Qonaqlara Ali Məktəbin fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübə proqramları, seminarlar haqqında məlumatlar verilib.
Sonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun adından şagirdlərə simvolik hədiyyələr təqdim edilib.









