Xəbərlər
“Foundation” tələbələri yarışdılar
Bakı Ali Neft Məktəbinin 1-ci kurs “Foundation” tələbələri arasında ingilis dilində bilik yarışı keçirilib. Yarışda tələbələrə ədəbiyyat, coğrafiya, musiqi, tarix və digər sahələri əhatə edən suallar ünvanlanıb. Bilik yarışında 25 qrup üzrə 75 tələbə iştirak edib. Qruplar arasında 5 yarımfinal oyunu nəticəsində seçilmiş 5 qrupla final oyunu keçirilib və qaliblər mükafatlandırılıb.









