Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbəsi Macarıstanda keçirilən tədbirdə iştirak edib
Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının İnformasiya təhlükəsizliyi ixtisasının 4 - cü kurs tələbəsi Zəka Abbasov Macarıstanda keçirilən “Discover Europe” (Avropanı Kəşf Edin) layihəsi çərçivəsində təşkil edilən tədbirdə iştirak edib. Tədbir bp Azərbaycan, Turan Ticarət, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Macarıstandakı “Startap Kampusu” tərəfindən təşkil edilib. BANM-in tələbəsinin təqdim etdiyi layihə “Teammers” adlanır. “Teammers” ideyasını reallaşdırmaq üçün komanda yoldaşı axtaran, həmçinin müxtəlif növ layihələrə qoşulub yeni təcrübələr qazanmaq istəyənlər üçün yaradılmış bir platformadır.
“Startup Campus” Avropa bazarına daxil olmaq istəyən startaplar üçün “Discover Europe” (Avropanı Kəşf Edin) adlı layihəsini təqdim edir. Layihə Azərbaycandakı universitetlərin tələbələrinə öz ideyalarını görkəmli və firavan startaplara çevirmək yollarını öyrədir.
Biznes bacarıqlarını öyrətməklə yanaşı, Discover Europe tələbələri beynəlxalq uğur hekayəsinə çevrilmək potensialı olan bir həll yaratmağa sövq edir.
Proqram beynəlmiləlləşmənin vacib aspektləri haqqında çoxşaxəli anlayışlar təqdim edir və gənclərə qüsursuz xarici bazara giriş strategiyası yaratmağa kömək edir.




