Xəbərlər
Ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayevə
Hörmətli Muxtar müəllim,
Bakı Ali Neft Məktəbinin komandalarının Bakı şəhərində ilk dəfə keçirilmiş “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında yüksək nailiyyətlər əldə edərək mükafatlar qazanması münasibətilə göndərdiyiniz təbrik məktubu bizi çox sevindirdi. Bu, Ali Məktəbimizin uğurlarına, əldə etdiyi nailiyyətlərə yüksək qiymətinizin, bizə göstərdiyiniz diqqətin göstəricisidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Bakı Ali Neft Məktəbi arasında münasibətlər çox yüksək səviyyədədir. Siz Ali Məktəbimizin ən yaxın dostlarındansınız. Hər zaman uğurlarımıza sevinir, ən xoş günlərimizdə yanımızda olur, dəstəyinizi əsirgəmirsiniz. Bakı Ali Neft Məktəbinin kollektivi, tələbələri, məzunları sizin dəstəyinizi həmişə hiss edir, yüksək qiymətləndirir və minnətdardırlar.
Hörmətli Muxtar müəllim,
Sizə öz adımdan, kollektivimiz və “Teknofest”də iştirak edən komandalarımız adından bir daha dərin təşəkkürümü bildirir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə sizə böyük uğurlar arzulayıram. İnanıram ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Bakı Ali Neft Məktəbi arasında olan yüksək səviyyəli əməkdaşlıq bundan sonra da inkişaf edəcək və birgə daha böyük layihələr həyata keçirəcəyik.
Hörmətlə,
Bakı Ali Neft Məktəbinin kollektivi adından
Rektor Elmar Qasımov