Xəbərlər
Təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
SOCAR-ın Bakı Ali Neft Məktəbi 2022/2023-cü tədris ilində “Neft-qaz mühəndisliyi” ixtisasında qiyabi təhsilalma forması üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbuluna 1 iyun 2022-ci ildən start veriləcək.
Tədris ödənişli əsaslarla qiyabi formada təşkil edilir. Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq) Bakı Ali Neft Məktəbi arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir.
- Rektorun adına ərizə.
- əmək kitabçasının surəti (hazırda işləməsi göstərilmək şərtilə).
- ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri.
- sağlamlıq haqqında arayış.
- şəxsiyyəti təsdiq edən sənəd.
- 3/4 sm ölçüdə 4 ədəd fotoşəkli.
Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra BANM-də təkrar ali təhsil ala bilər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar.
Sənədlərin qəbulu 31 avqust 2022-ci il saat 17:00-dək (şənbə və bazar günlərindən başqa) BANM-in Xətai korpusunda (Xocalı pr. 30, otaq 310) aparılacaq.
Əlaqə telefonu – 012 521 34 54 (daxili 33039)
E-mail – turan.nasibli@socar.az