Xəbərlər

"Schlumberger” şirkətinin Xəzər regionu üzrənümayəndəsi Bakı Ali Neft Məktəbində

“Schlumberger” şirkətinin Xəzər regionu üzrə işəgötürməkoordinatoru Daniyal Serikbayev Bakı Ali Neft Məktəbində olub.
Əvvəlcə Ali Məktəbin kampusunu gəzən qonaq sonrarektor Elmar Qasımovla görüşüb.

Qonağı Ali Məktəbdə görməkdən məmnunluğunu ifadəedən rektor rəhbərlik etdiyi ali məktəb barədə məlumatverib. O bildirib ki, BANM yüksəkixtisaslı, ingilisdilli peşəkarkadrlar hazırlayır və ölkənin ən yüksək bal toplayantələbələri bu ali təhsil ocağını seçirlər: "Əldə etdiyimiznüfuzun göstəricisidir ki, hər il Prezident təqaüdünə layiqgörülən tələbələrimizin sayı artır. Təkcə bu tədris ilində ölkəüzrə Prezident təqaüdünə layiq görülmüş tələbələrimizinsayı 33 nəfər olub ki, bu da Azərbaycan universitetləritarixində rekord göstəricidir. Bizim Ali Məktəbin məzunlarınəhəng transmilli şirkətlərdə çalışırlar. 10-a yaxınməzunumuz "Schlumberger” şirkətində yüksək vəzifədədir”.

“Schlumberger” şirkətinin nümayəndəsi BANM-dəki mühitiyüksək qiymətləndirərək bildirib ki, burada keyfiyyətli təhsilalmaq üçün hər cür şərait mövcuddur.

Daha sonra Daniyal Serikbayev Kampusun Senat zalındatələbələrlə görüşüb. O, tələbələrə şirkət haqqında, onuntarixi, işəgötürmə siyasəti barədə məlumat verib, tələbələrin suallarını cavablandırıb.