Xəbərlər

Bakı Ali Neft Məktəbinin kafedra müdiri beynəlxalq konfransda çıxış edib

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyeva İstanbul şəhərində keçirilən 8-ci “CoDIT22” (İnternational Conference on Control, Decision and İnformation Technologies) beynəlxalq konfransında uğurla çıxış edib.

Onun ingilis dilində yazdığı “Neyroşəbəkələrdən istifadə edərək seysmik məlumatların əvvəlcədən işlənilməsi” (“Preprocessing of Seismic Data using Neural Networks”) elmi məqaləsi konfransa qəbul olunub və yüksək səviyyədə qarşılanıb.

BANM-in kafedra müdirinin konfransa təqdim etdiyi məqalə yüksək reytinqə malik “IEEE Explore” jurnalında çap olunacaq.

Qeyd edək ki, konfrans IFAC və IEEE cəmiyyətlərinin sponsorluğu ilə keçirilir.