Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbəsi ABŞ-də simpoziuma qatılacaq
Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi, Kəşfiyyat Geofizikləri Cəmiyyətinin (SEG) BANM bölməsinin üzvü Elnur Əskərov ABŞ-də keçiriləcək beynəlxalq simpoziumda iştirak etmək haqqı qazanıb.
Elnur Əskərov bu beynəlxalq elmi tədbirdə tələbə bölmələrini və ölkələrini təmsil etmək üçün dünya üzrə qatılacaq 50 tələbədən biridir. “SEG / Chevron # Tələbə Liderlik Simpoziumu” və “SEG 2022 İllik Toplantısı” 27 avqust - 1 sentyabr tarixlərində baş tutacaq.