Xəbərlər

ASAP Bakı Ali Neft Məktəbində məlumat sessiyası keçirib

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) məlumat sessiyası keçirilib. Tələbələr üçün təşkil edilən sessiyada ASAP-ın məqsəd və layihələri barədə məlumat verilib. Bildirilib ki, ASAP akademik inkişafı ilə əlaqədar xaricdə yaşayan və ya təhsil məqsədi ilə xarici  ölkəyə köçməyi planlaşdıran azərbaycanlı tələbə və məzunlara yardım etmək məqsədi ilə yaradılıb. Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən ASAP-ın əsas məramı azərbaycanlı gəncləri dəstəkləmək və biraraya gətirmək, eləcə də gənclərə xarici ölkələrdə öz uğurlarını təmin etməyə imkan yaratmaqdır. Tələbələrə və məzunlara hədəf ölkələrinə köçdükdən sonra xarici ölkələrdəki həyatları üçün lazım olan hər hansı yardım və istiqamətləri təmin etmək də ASAP-ın əsas missiyalarından biridir.

Tələbələrlə görüş üçün yaradılan şəraitə görə BANM-in rəhbərliyinə təşkkür edən ASAP nümayəndələri Ali Məktəblə əməkdaşlığı genişləndirmək arzusunda olduqlarını bildiriblər.

BANM-ın Tələbə Gənclər Təşkilatının sədri Aysu Zamanova BANM tələbələrinin uğurlu inkişafı üçün təşkilatla əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.  

Məlumat sessiyası ASAP nümayəndələri və tələbələrin birlikdə fikir mübadiləsi, aidiyyatı mövzularda sual-cavablarla davam etdirilib.