Xəbərlər

“Azər Türk Bank” – dan Bakı Ali Neft Məktəbinin tələbələrinə təlim

“Azər Türk Bank” ASC-nin əməkdaşları Bakı Ali Neft Məktəbinin tələbələri üçün təlim keçiblər. Tələbələrə emosional zəka, onun müsahibədə rolu, emosional zəkanın testi və inkişafı, karyerada emosional zəkanın rolu, karyera planlaması, iş görüşlərində bədən dilinin əhəmiyyəti, karyera uğursuzluqları və digər mövzularda təlimlər verilib.

Bankın əməkdaşları tələbələrin suallarını cavablandırıblar.