
Xəbərlər
Bp-nin mühəndisi Bakı Ali Neft Məktəbində
Bakı Ali Neft Məktəbində (BANM) BP şirkətinin mühəndisi Fady El-Dabinin iştirakı ilə "Tamamlama mühəndisliyinin əsasları" üzrə ustad dərsi keçirilib. Ustad dərsi BANM-in Neft-qaz mühəndisliyi kafedrasının təşəbbüsü ilə təşkil edilib.
Qeyd edək ki, misirli Fady El-Dabi 18 ildir bp şirkətində fəaliyyət göstərir. O, Trinidad, Misir, Böyük Britaniya, İndoneziya və Azərbaycanda da daxil olmaqla bir neçə ölkədə çalışıb.