Xəbərlər

“AzerGold” Bakı Ali Neft Məktəbinə kitab hədiyyə edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəsi Valid Əliyev Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbələri ilə görüşüb. Valid Əliyev “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin Təşkilati inkişaf sektorunun baş mütəxəssisidir.

Görüşdə “AzərGold” QSC-nin layihələri, İnsan resursları departamenti tərəfindən görülən işlər (cari işçi heyəti, işə qəbul prosesi, işçilərin təlimləri və motivasiyası) haqqında məlumat verilib. Valid Əliyev, həmçinin “AzərGold”da BANM-in tələbələrinin Yay istehsalat təcrübəsi keçməsi üçün hər cür şəraitin yaradıldığını bildirib və təqaüd proqramı ilə bağlı danışıb. “AzərGold”un nümayəndəsi insanlar üçün əlverişli əmək şəraitinin formalaşmasına dair tələbələrin fikirlərini öyrənib. Ən maraqlı fikir irəli sürən BANM-in tələbəsi Əli Əliyev isə “AzərGold” tərəfindən hədiyyə ilə mükafatlandırılıb. Görüş tələbə və məruzəçi arasında sual-cavabla interaktiv şəkildə davam edib.

“AzərGold” şirkəti Bakı Ali Neft Məktəbinin kitabxanası üçün “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” adlı kitabı hədiyyə edib.

#banm #bhos #AzerGold #kitab #təcrübə