Xəbərlər

Bakı Ali Neft Məktəbində üzgüçülük üzrə yarış keçirildi

Bakı Ali Neft Məktəbinin (BANM) yerli və xarici tələbələri arasında üzgüçülük üzrə yarış keçirilib.

Üzgüçülük yarışında Ali Məktəbdə Mübadilə proqramı çərçivəsində təhsil alan Yuqra Dövlət Universiteti, Qazax-Britaniya Texniki Universiteti və BANM-in Kimya, Neft-qaz və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri yarışıblar.

Yarışın qalibi BANM-in Kimya və Neft-qaz mühəndisliyi ixtisasının tələbələrindən ibarət komanda olub. Lider komandada Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Ayxan Əsgərzadə, Cəvahir Yusifzadə, III kurs tələbəsi Fatimə Məmmədova,  Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Yusif Abasov iştirak edib.

Mübadilə proqramı ilə təhsil alan tələbələr II yeri tutublar. Bu komandada Qazax-Britaniya Texniki Universitetindən gəlmiş V kurs tələbələri Ademi Kaliyakbarova, Aigerim Zhumanalina, Madina Tulegenova, IV kurs tələbəsi Leila Kenzhebayeva yarışıb.

Ümumilikdə qızlar arasında Kimya mühəndisliyi ixtisasının tələbələri Fatimə Məmmədova, Cəvahir Yusifzadə və qazaxıstanlı tələbə Madina Tulegenova, oğlanlar arasında isə Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Yusif Abasov, Proseslərin avtomatlaşdırılması mühəndisliyinin III kurs tələbəsi Xəyal Həsənli və  Yuqra Dövlət Universitetindən mübadilə çərçivəsində təhsil alan Dinis Xamiddulin yaxşı nəticə göstəriblər.