Xəbərlər

Bakı Ali Neft Məktəbində "Kitabbağışlama günü"

Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "Kitabbağışlama günü" layihəsi həyata keçirilib. Aksiyada iştirak edən Ali Məktəbin əməkdaşları və tələbələri bir-birinə #kitab hədiyyə ediblər.

"Kitabbağışlama günü" layihəsinin məqsədi ədəbiyyata olan maraq və həvəsi artırmaq, həmçinin biri-birilərilə əlaqələrini genişləndirmək, ünsiyyət yaratmaqdır.

Layihə çərçivəsində #müsabiqə də keçirilib. Hədiyyə edilən kitabın fotosunu ən maraqlı və original formada çəkib sosial şəbəkədə yerləşdirən və ən çox bəyənmə toplayan iştirakçı qalib olub. İlk üç yerin qalibinə “Kitabevim” mağazası tərəfindən kitab hədiyyə kuponu təqdim edilib.

#banm #bhos #BANMailəsi #kitabbağışlama