Xəbərlər

Elmar Qasımov I kurs tələbələri ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin I kurs tələbələri ilə görüş keçirib. Tələbələrin hər biri ilə yaxından tanış olan rektor onlara Ali Məktəbin uğurları, təlim-tədris prosesi barədə məlumat verib. Elmar Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbi 10 ildir yaranmasına baxmayaraq, böyük uğurlar qazanıb, nüfuzlu ali məktəbə çevrilib. Rektor bildirib ki, “Foundation”da təhsil alan tələbələr BANM-i seçməklə gələcəkləri üçün ilk düzgün qərarı qəbul edib və “BANM-in tələbəsi” adını qazanıblar.

Elmar Qasımov tələbələrlə fikir mübadiləsi aparıb, ideya və təkliflərini dinləyib. BANM-in rektoru tələbələrə tövsiyələrini verib, onlara dərslərində, tələbəlik həyatında uğurlar arzulayıb.

#banm #bhos #görüş #rektor #tələbələr