Xəbərlər

BANM-in 700 ballı tələbəsi Məleykə Abbaszadəni təbrik etdi

Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması münasibətilə keçirilən təntənəli mərasimdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2015/2016-cı tədris ili üzrə keçirilmiş qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına qəbul olan Bərdə şəhərində anadan olmuş , Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyinin məzunu Arzu Həsənli TQDK-nın sədri Məleykə Abbaszadəni bütün abituriyentlər adından təbrik etdi.

 

Xatırladaq ki, Həsənli Arzu Ədalət qızı 1999-cu il, aprel ayının 2-də Bərdə şəhərində anadan olub. 2004-cü ildə Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyinin 1-ci sinifinə daxil olub və 2015-ci ildə bu məktəbi əla qiymətlərlə bitirib. Təhsil aldığı müddətdə hər il Fəxri Fərmanla təltif olunub. Ölkədə keçirilən ictimai tədbirlərdə hər zaman fəal iştirak edib. Respublika üzrə keçirilən bilik yarışmalarında iştirak edərək, təhsil aldığı məktəbi layiqincə təmsil edib. TQDK-nın 2015/2016-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub.