Xəbərlər
AZƏRBAYCAN STARTUPLARI ÜÇÜN YENİ BEYNƏLXALQ LAYİHƏ!
Azərbaycanın ən yaxşı gənc komandaları, startapları və şirkətlərinin iştirak edə biləcəyi “V4-Azerbaijan Tech Bridge” adlı yeni beynəlxalq proqram həyata keçirilir. Bu layihə sayəsində gənc komandalar, startaplar və şirkətlər Varşava, Praqa, Budapeşt və Bratislava kimi şəhərlərdə həyata keçirilən beynəlxalq investisiya sahələrində yer ala bilərlər.1,5 il müddətində nəzərdə tutulan “V4-Azerbaijan Tech Bridge” proqramı sayəsində qlobal məqsədləri olan innovatorlar Aİ-nin aparıcı tərəfdaşları (akseleratorlar, vençur kapital fondları, biznes mələkləri və s.) ilə görüşə biləcəklər.
“V4-Azerbaijan Tech Bridge” layihəsinin məqsədi Azərbaycan startapçılarının və innovatorlarının potensialını Aİ-yə üzv ölkələrin iştirakçıları ilə birləşdirərək Vişeqrad Qrupu (Çexiya, Macarıstan, Polşa, Slovakiya) və Azərbaycan arasında innovasiyalar sahəsində əməkdaşlıq qurmaq və gücləndirməkdir. Bura innovasiya mərkəzləri, özəl investorlar, vençur kapital fondları və yenilik axtaran korporasiyalar kimi startap ekosistemləri daxildir.
Layihə həm Vişeqrad Qrupundan olan tərəfdaşlar (investorlar, akseleratorlar, mələklər, mentorlar və s.), həm də Azərbaycan startapları və innovatorları arasında yeni şəbəkə platforması yaradır. Layihəyə bir sıra görüşlər, təlim sessiyaları, təkmilləşdirmə proqramı, demoday-lər, şəbəkələşmə, post-akselerasiya və nəhayət, 2023-cü ildə Bakıda keçiriləcək “V4-Azərbaycan Startap Sammit”i daxildir. Layihə ən yaxşı V4 texnologiya şəhərlərində onlayn rejimdə həyata keçirilən 8 regional bölmədən ibarət olacaq. Bu 8 şəhərin potensialını və bütün V4 ekosistemini Azərbaycandan olan gənc, innovativ şəxslər təqdim edəcəklər. Azərbaycanın 20 ən perspektivli startap komandası Gəncədə keçiriləcək onlayn yarımfinala dəvət olunacaq və burada layihənin münsiflər heyəti Bakıda keçiriləcək startap qala tədbirində (2023) iştirak etmək üçün ən yaxşı 10 startapı seçəcək.
Layihə Polşa Respublikasının Bakıdakı Səfirliyinin təşəbbüsü ilə başlayıb və Beynəlxalq Vişeqrad Fondundan (V4F) maliyyə vəsaiti alıb. Təşəbbüs Vişeqrad Qrupundan 4 tərəfdaşdan ibarət konsorsium tərəfindən – “Startup Hub Poland Foundation” (Polşa, layihə rəhbəri), “AI Startup Incubator” (Çexiya), “CEU iLab” (Macarıstan), CIVITTA (Slovakiya) və “IdealHub Innovation and Technology Center” (Azərbaycan) əməkdaşlığı ilə həyata keçiriləcək.
Layihə Vişeqrad ölkələrinin Bakıdakı bütün səfirlikləri - Çexiya Səfirliyi, Macarıstan Səfirliyi, Polşa Səfirliyi və Slovakiya Səfirliyi tərəfindən dəstəklənir.
2022-ci il fevralın 28-dək Azərbaycan startapları Varşavada “Startup Hub Poland” tərəfindən təşkil olunan yeni formatın birinci fəsli üçün layihənin internet saytında (startuphub.pl/V4-azerbaijan/) müraciət edə bilərlər. Seçilmiş 10 komanda aprelin 7-də “Demoday”dən əvvəlki 2 günlük qısa onlayn təlim düşərgəsində (10 və 11 mart) iştirak edəcək. Qaliblər 2023-cü ilin iyununda Bakıda keçiriləcək “V4-Azərbaycan Startap Sammiti” adlı möhtəşəm qala tədbirinə namizəd olaraq iştirak edəcək.
Təşkilatçılar ən yaxşı Azərbaycan startapları ilə tanış olmaq və onlara sərmayə yatırmaq üçün qərbi investisiya dünyasından vençur kapital fondlarını Bakıya dəvət edəcəklər.
Layihələrin qəbulu bu il fevralın 28-i Varşava vaxtı (CET) vaxtı ilə gecə yarısı başa çatır. Aİ-dən investisiyalar və biznes tərəfdaşları ilə maraqlanan bütün startaplar buraya müraciət etməlidirlər.
Potensial tərəfdaşlar, investorlar, media və digər tərəflər buradan istifadə edərək təşkilatçılarla əlaqə saxlaya bilərlər.
ƏHƏMİYYƏTLİ TARİXLƏR:
- 28 fevral 2022-ci il, Varşava vaxtı (CET) ilə 23:59-a qədər - Layihənin birinci, Varşava bölümü üçün Azərbaycan startaplarının qəbulu üçün son tarix.
- 07.03.2022 - Birinci fəsildə iştirak etmək üçün 10 seçilmiş startapın elanı.
- 10 mart, 11 mart 2022 - ilk 10 startap üçün iki günlük onlayn təlim
- 7 aprel 2022 - Birinci fəsildə iştirak etmək üçün seçilmiş 10 startap üçün onlayn Demoday.
- Aprel 2022 - Mart 2023 - Qalan 70 startap üçün 7 yerli bölmə (hər bölüm üçün 10 fərqli startap)
- May 2023 - Gəncədə 20 startapın yarımfinalları (onlayn)
- İyun 2023 - Layihədə seçilmiş 10 ən yaxşı startapın iştirakı ilə Bakıda “V4 Azərbaycan Startap Sammiti”.
Layihənin saytında daha ətraflı oxuyun: startuphub.pl/V4-azerbaijan/
Proqramın infoqrafikasına nəzər salın: https://bit.ly/3oNYBPd