Xəbərlər
SOCAR-ın prezidenti Rövnəq Abdullayev: BANM-in statistikası böyük inkişaf statistikasıdır
"BANM-in statistikası böyük inkişaf statistikasıdır”. Bu sözləri SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması münasibətilə keçirilən təntənəli mərasimdə demişdir. O, bu Ali Məktəbin professor-müəllim heyətini və tələbələrini təbrik edib. “Bu gün bizim sıralarımıza 120 nəfər gələcək neftçi qoşulur. Doğurdan da, siz gənclər üçün bu həyatın bir önəmli dönüm nöqtəsidir. Sizə baxarkən özümün ilk dəfə tələbə kimi ali məktəbə gəlişimi xatırlayıram. Həyatda yeni böyük arzular, həyatda yeni addımlar haqda düşünürdük, gələcək haqda düşünürdük. Çox sevincli anlardir. Hər birinizi yüksək bal toplamağınız münasibətilə təbrik edirəm. Mən inanıram ki, siz bu Ali Məktəbin ənənələrini davam etdirib yüksək səviyyəli bir neft mütəxəssisi olacaqsınız. BANM-in statistikası böyük inkişaf statistikasıdır. Bu gün biz deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bizim qarşımıza qoyulan vəzifələr, “ Bİz neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsi artıq yerinə yetirilir və siz gənclər Azərbaycanın gələcəyini quran mütəxəssislər kimi yetişəcək, gələcək inkişafımız üçün yüksək səviyyədə sənayemizi inkişaf etdirəcəksiniz. Biz buna inanırıq. Biz Bakı Ali Neft Məktəbinin kampusunun tikintisini davam etdiririk ki, ilin sonunda sizin sərəncamınıza verək. Bu da, sizin yüksək təhsil almağınızla bərabər, regionda ən yüksək səviyyədə maddi-texniki təminatla təmin olunmuş Ali Məktəbdə oxumağınıza imkan verəcək və böyük imkanlar yaradacaq. Hamınızı təbrik edirəm, bütün müəllimləri təbrik edirəm. Belə bir nəticələrin olması müəllimlərin əməyidir və inanıram ki, bu davam edəcək".