Xəbərlər
Bakı Ali Neft Məktəbinin müəllimləri BEOC-da təcrübə keçirlər
Bakı Ali Neft Məktəbinin (BANM) I kurs magistratura tələbələri Vüsal Kərimov və Leyla Abdullayeva “Bahar Enerji Əməliyyat Şirkəti”ndə (BEOC) təcrübə proqramı keçirlər. Onlar, həmçinin Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının böyük laborantlarıdırlar.
Təcrübə proqramı Bakı Ali Neft Məktəbi ilə “Bahar Enerji Əməliyyat Şirkəti” arasında “Birgə Sənaye Proqramı”na dair razılaşma əsasında həyata keçirilir. Razılaşmaya əsasən BANM-in Neft-qaz mühəndisliyi kafedrasının iki magistr tələbəsi yataqların modelləşdirilməsi ilə bağlı BEOC-da təcrübə proqramına qoşulurlar. Təcrübə müddətində tələbələr şirkətin Yeraltı tədqiqatlar departamentinin tərkibində işləyirlər və onlar yekunda təqdimat edəcəklər.
BANM-in müəllim-tələbələrinin 6 ay davam edən təcrübə proqramı iyun ayında başa çatacaq.

