Xəbərlər
BANM-in Tələbə Gənclər Təşkilatının növbəti xeyriyyə aksiyası
Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatı (TGT) növbəti xeyriyyə aksiyasını həyata keçirib. Layihə çərçivəsində BANM TGT-nin aktiv üzvləri Nizami rayonunda yerləşən 1 saylı Uşaq Evini ziyarət ediblər. Təşkilat adından Uşaq Evinə hədiyyələr təqdim olunub.