Xəbərlər
BANM xarici tələbələrin gözündə
Belka Acevedo Lozano Perudandır. Azərbaycan dövlətinin təqaüdü ilə Bakı Ali Neft Məktəbinin Neft və qaz texnologiyaları üzrə magistratura səviyyəsinin II kursunda təhsil alır. Kimya mühəndisidir. O, Kanadanın Alberta Universitetində tədqiqat üzrə təcrübə keçib, Hindistan Neft İnstitutunun təqaüdünü qazanıb. Burada neft və emal sənayesi üzrə ixtisaslaşıb.
Belka deyir ki, BANM-də əldə etdiyi biliklərin onun üçün böyük faydası var: “Bakı Ali Neft Məktəbində təhsil səviyyəsi ən yüksək beynəlxalq standartlarla rəqabət aparmaq gücündədir”.
Belka BANM-də təhsil almağın ona dəyərli həyat təcrübələri qazandırdığını da bildirir: “Burada olduğum müddətdə yüksək səviyyədə təhsil almaqla yanaşı, müxtəlif regionları gəzmək imkanım oldu, bu ölkənin tarixini öyrəndim”.