Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələrinin “Viskas ayı” aksiyası yekunlaşıb

Bakı Ali Neft Məktəbinin (BANM) Heyvanlara Qayğı Klubunun (Animal Care Club) təşkilatçılığı və heyvansevər tələbələrin dəstəyi ilə həyata keçirilən “Viskas ayı” aksiyası uğurla yekunlaşıb. Küçə heyvanlarını yemləmək, insanları onlara daha həssas yanaşmağa sövq etmək məqsədi daşıyan aksiya iki ay davam edib.

Bu müddətdə aksiyaya Ali Məktəbin 100-ə yaxın tələbə və əməkdaşı qoşularaq 300-dən çox küçə heyvanının yemlənməsini təmin edib.