Xəbərlər

BANM-in Riyaziyyat klubu 10 illik yubileylə bağlı yarış keçirib

Bakı Ali Neft Məktəbinin (BANM) Riyaziyyat klubu tərəfindən Ali Məktəbin 10 illik yubileyinə həsr olunmuş “BHOS Math CHAMPI10” adlı yarış keçirilib.  Yarışa hər birində 4 nəfər olmaqla  25-dən çox komanda qeydiyyatdan keçib. Üç mərhələdən ibarət olan yarışın hər mərhələsində müxtəlif növ suallar təqdim olunub. Sonda ən yüksək göstəriciyə malik ilk üç komanda sertifikatla təltif edilib. Birinci yerin sahibi olan komandaya isə 100 AZN məbləğində pul mükafatı verilib.